Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Navas və Boatenq ÇL-in finalında oynaya bilər

Navas və Boatenq ÇL-in finalında oynaya bilər

Tarix: 22 Avqust 2020 12:04

PSJ-nin zədəli qapıçısı Keylor Navas sağalıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin Çempionlar Liqasının finalında "Bavariya" ilə matçda meydanda olacağı gözlənilir. O, 1/4 finalda "Atalanta" ilə oyunda zədələmişdi.

Bundan başqa  "Bavariya"nın yarımfinalda "Lion"la matçda (3:0) xəsarət alan müdafiəçisi Jeremi Boatenq  də sağalıb. 31 yaşlı futbolçu turnirin həlledici görüşündə iştirak edə bilər.

Qeyd edək ki, sabah Lissabonda "Estadio da Luz" stadionunda keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Navas Boatenq ÇL in finalında oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ