Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Restoranlarda qabların, stəkanların təmiz yuyulmaması yoluxma riski yaradır” - Cəlal İsayev

“Restoranlarda qabların, stəkanların təmiz yuyulmaması yoluxma riski yaradır” - Cəlal İsayev

Tarix: 22 Avqust 2020 12:20

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi davam edir. Bu həftədən etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədar xüsusi qaydalar çərçivəsində kafe və restoranların açıq hava şəraitində fəaliyyətinə icazə verilib.

Nazirlər Kabineti yanında operativ qərargahın avqust ayının 15-nə olan məlumatına görə, günlük koronavirusa yoluxma sayı 89 olub. Ötən gün üçün isə (21 avqust) yoluxma sayı 162 nəfərə çatıb.

Yoluxma sayının artımına təkan verən səbəblər arasında karantin qaydalarının yumşalması çərçivəsində fəaliyyəti bərpa olunan iaşə obyektlərinin rolu ola bilərmi? Təmizlik normalarına riayət edilməməsi virusun yayılmasına nə dərəcədə təkan verə bilər?

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu və digər suallarını Azərbaycanın baş infeksionisti Cəlal İsayev cavablandırıb. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşməsinə bir çox amillər təsir göstərə bilər:

"Restoranlarda təmizlik qaydalarına düzgün riayət edilməməsi, müştərilərə xidmət zamanı qabların, stəkanların dezinfeksiya olunmaması təbii ki, müəyyən dərəcədə yoluxma riski yaradır. Amma burada risk yüksək deyil. Əsas risk faktoru restorana gələn insanların qaydalara əməl etməməsidir. Çünki, açıq havada fəaliyyətinə icazə verilən restoranlarda sosial məsafənin gözlənilməsi üçün tədbirlər görülüb. Restoranlarda şəxsi təmizlik qaydalarına laqeydlik COVID-19 virusunun yayılmasını artıra bilər. Hər kəs bu qaydalara riayət etməlidir ki, yoluxma sayında artım baş verməsin".

C.İsayev geyim və müxtəlif digər əşyalardan da yoluxma riskinin mövcudluğundan danışdı:

"Burada da risk az olsa da, insanlar əllərini hər hansı geyimə, digər əşyalara vurduqdan sonra ağız, burun yollarına toxunmamalıdır. Bu daha təhlükəlidir. Əllərini dərhal dezinfeksiya etməli ya da sabunla yumalıdırlar".


Etiketlər:  Restoranlarda qabların stəkanların təmiz yuyulmaması yoluxma riski yaradır Cəlal İsayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ