Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 16:15
2 həftədə 10 kiloqram arıqlamağın mümkünsüz olduğunu düşünməyin. Əgər sizdən tələb olunan qaydalara əməl etsəniz, bunu mütləq bacaracaqsınız.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, şərtlər çətin olsa da nəticə ürəkaçandır. Bunun üçün sənə sellüloz kömək olacaq. Sellüloz toz halında apteklərdə satılır. O, dadsızdır. Onu kefirə və ya yoqurta qatıb, gün ərzində 3 dəfə yeyə bilərsiniz. Eyni zamanda aşağıdakı qaydalara da əməl edilməlidir.
1. Çörəkdən mütləq imtina edin.
2. Hər səhər ən az 1 saat təmiz havada gəzin.
3. Ancaq dəniz məhsullarından hazırlanan yağsız yeməklər yeyin.
4. Səhərlər yumurta, yulaf yarması məsləhətdir.
5. Şam yeməyini yatmazdan 2 saat əvvəl yeyin. Çalışın, axşamlar kəsmik və meyvə yeyəsiniz. Çayı isə balla içmək lazımdır.