Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 22:34
"Futbolçularımı təbrik edirəm . Vacib qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Sabah"ı 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
"Sabah" a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı" - deyə o bildirib.
48 yaşlı mütəxəssisin sözlərin görə, qarşıdakı günlərdə yeni transfer ola bilər: "Amma dəqiq deyil. Çünki indi hansısa oyunçunu razı salmaq çətindir. Hamı öz ailəsini qorumağa, ölkəsində oynamağa üstünlük verir".
Q.Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova "Şerif"inə qarşı Bakıda keçirəcəkləri oyun haqda da danışıb: "Şerif"lə iki dəfə qarşılaşsaq da, rəqibə ciddi yanaşırıq. Komandanın oyununa baxdım. Baş məşqçiləri xorvatiyalıdır. Bizi ciddi rəqib və ciddi oyun gözləyir".