Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirusla mübarizə də ümummilli məsələdir və heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza bilməz''

''Koronavirusla mübarizə də ümummilli məsələdir və heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza bilməz''

Tarix: 23 Avqust 2020 18:03

Məlum olduğu kimi ölkəmizdə pandemiya ilə mübarizə hələ davam etməkdədir və elə bu məsələ ilə bağlı olaraq da müəyyən məhdudiyyətlərin tətbiq olunması hələ də qüvvədədir. Burada əsas məqsəd ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır ki bu istiqamətdə də cənab Prezidentin rəhbərliyi altında dövlətimiz müvafiq qabaqlayıcı addımlar atır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, əhalinin sağlamlığının iqtisadiyyatdan belə üstün olduğunu vurğulayan cənab Prezident bu məsələdə bir nəfər kimi hamının həmrəy olmasını ilk günlərdən açıq və aydın şəkildə dəfələrlə diqqətə çatdırıb:

"Cənab Prezident çıxışlarında hər zaman qeyd edir ki, vəzifəli şəxslər hər məsələdə olduğu kimi bu məsələdə də cəmiyyətə nümunə olmalıdır. Belə bir ağır sosial-psixoloji vəziyyətin hökm sürdüyü bir zaman kəsiyində təəssüf ki, karantin rejiminin kobud şəkildə pozulması və bu cür halların yaşanması cəmiyyətdə haqlı etirazla qarşılanır. Vəzifəsindən, statusundan asılı olmayaraq hər bir vətəndaş mövcud qadağalara əməl etməlidir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşanan son hadisə göstərdi ki, bəzi vəzifəli şəxslər bu qayda və qanunlara əməl etmirlər. Vəzifəli şəxslər tərəfindən bu cür yığıncaqların, toy mərasimlərinin təşkil olunması və bu məclisdə karantin qaydalarına riayət edilməməsi cəmiyyətdə qınaq obyektinə çevrildi".

Ş.Həsənova vurğulayıb ki, ölkəmizdə qanunun aliliyinin qarantı Azərbaycan Prezident və onun ali iradəsidir: "Azərbaycan hüquqi dövlətdir və hər kəs öz əməllərinə görə məsuliyyət daşıyır. Məsələyə hüquqi qiymət verməklə də cənab Prezident İlham Əliyev bir daha aydın şəkildə göstərdi ki, vəzifəsindən, statusundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq qanunu pozan heç bir şəxs cəzasız qalmayacaq. Qanun qarşısında hər kəs bərabərdir və hər kəs də qəbul olunmuş qanunlara hörmətlə və məsuliyyətlə yanaşmalıdır. Ümummili lider Heydər Əliyev: "Hər kəs öz şəxsi mənafeyini milli mənafedən aşağıda tutmalıdır".

Koronavirusla mübarizə də ümummilli məsələdir və heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz mövqe nümayiş etdirə bilməz. Belə şəxslər müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb olunurlar, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir. Hər bir şəxs mövcud reallığı dərk etməlidir. Qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilmək hər bir kəsin borcudur. Hər kəs də anlamalıdır ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqlar".


Etiketlər:  Koronavirusla mübarizə ümummilli məsələdir heç vəzifəli şəxs statusundan istifadə edərək qanunları poza bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ