Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 23:16
Şirin suya olan tələbatını Nil çayı hesabına təmin edən və son illər bu vacib su mənbəyi ətrafında qonşu Efiopiya ilə gərginlik yaşayan Misir hökuməti yeni layihələr həyata keçirməyə qərar verib. Bu layihələr dəniz suyunun şirinləşdirilməsi üzrə müəssisələrin inşa edilməsini ehtiva edir.
Sonxeber.net seanews.az-a istinadən bildirir ki, Misir Prezidenti Əbdülfəttah əl Sisi hökumətə milli su layihələrini həyata keçirmək tapşırığı verib. Baş Nazir Mustafa Mədbuli və nazirlərin iştirak etdiyi müşavirədə beş il müddətində dəniz suyunun şirinləşdiriliməsi üzrə 47 müəssisənin inşası layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, hökumət bu məqsədlə 2,8 milyard dollar vəsait ayıracaq.
Qeyd edək ki, hazırda Nil çayı üzərində inşa ediləcək "Böyük Efiopiya Dirçəliş Bəndi" ətrafında danışıqlar davam edir. Ekspertlər bildirirlər ki, bu bəndin tam doldurulacağı halda Misirin və Sudanın şirin su təchizatında problemlər meydana çıxacaq.