Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzada yanan avtomobildən narkotik aşkarlandı, 2 nəfər öldü

Qəzada yanan avtomobildən narkotik aşkarlandı, 2 nəfər öldü

Tarix: 25 Iyun 2019 21:30

Bakı. Elnur Bağışov - Trend:

İranın İsfahan vilayətinin Nain rayonunda Peugeot 405 markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti Nain rayonunun hüquq-mühafizə orqanının rəisi polkovnik İrəc Kakavənd polis informasiya agentliyinə açıqlamasında deyib.

İ.Kakavəndin sözlərinə görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini yanaraq ölüb.

Kakavənd əlavə edib ki, avtomobilə baxış keçirilərkən baqajda 75 kq həşiş aşkarlanıb.


Etiketlər:  Qəzada yanan avtomobildən narkotik aşkarlandı 2 nəfər öldü


RƏYLƏR