Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yaxşı mübarizə apardıq" - Qurban Qurbanov

Tarix: 25 Iyun 2019 22:40

“Növbəti yoxlama oyunumuuz keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində bu gün Rumıniyanın “Krayova” klubu ilə keçirilən yoxlama oyunu (0:0) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının getdikcə daha yaxşı oynayacağını bildirib:  "Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çəxmışdı. Oyundan – oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”.

 


Etiketlər:  Yaxşı mübarizə apardıq Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ