Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada yaşayan azərbaycanlı müğənninin keçmiş arvadı: “Məni döyüb, saçımdan sürüyürdü” - FOTO

Rusiyada yaşayan azərbaycanlı müğənninin keçmiş arvadı: “Məni döyüb, saçımdan sürüyürdü” - FOTO

Tarix: 25 Avqust 2020 08:30

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Bəxtiyar Əliyev (Bahh Tee) bu yaxınlarda ikinci dəfə ailə həyatı qurub.

Qeyd edək ki, onun ilk xanımı Fərqanə Həsənova ilə boşanmasından bir ildən də az vaxt keçib. Gənc qadın Bəxtiyar Əliyevlə olan evlilik həyatından dəhşətli günləri barədə "StarHit"ə danışıb.

Qadının sözlərinə görə, əri onu döyüb, hədələyib, xəyanət edib, boşandıqda isə heç nə verməyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Bahh Tee və Fərqanə Həsənova keçən ilin oktyabrında boşanıblar. Bu yaxınlarda isə azərbaycanlı müğənni yenidən Səidə adlı xanımla ailə həyatı qurub.

Bəxtiyar Əliyevin keçmiş həyat yoldaşı bu vaxtadək musiqiçi ilə evliliyindən danışmayıb.

Onun sözlərinə görə, üç ildən artıq yaşadıqları müddətdə Fərqanənin sevgi ilə xatırladığı çox məqamlar var. Ancaq sonradan göstərilən şiddət, təhqir və təhdid dalğası bu xatirələri yerli dibli silib.

Üç illik evliliyində Həsənova keçirdiyi sarsıntılarla əlaqədar çox arıqlayıb, tez-tez xəstələnib və daim həkimlərə müraciət edib. Əri onu kompleksə salaraq, ondan başqa heç kimə lazım olmadığı barədə fikirlər təlqin edib.

Sənətçi ilə gərgin münasibətlər və ərinin qohumlarının təzyiqi Fərqanənin özünə inamını tamamilə məhv edib.

"Axırda mən kəkələməyə və özümdən utanmağa başladım. İntihar etməyi düşünürdüm. Buna görə Novosibirskdə psixoloqa getdim", - deyə Fərqanə olanları xatırlayıb.

Altı ay psixoloqa getdikdən sonra gənc qadın normal vəziyyətə qayıda bilib.

F.Həsənovanın sözlərinə görə keçmiş əri dəfələrlə ona əl qaldırıb:

"Bütün bunlar ilk dəfə bal ayında başladı, çox qorxmuşdum, nə edəcəyimi bilmirdim, heç kimə bu barədə demədim. Əlbəttə, mən mələk deyiləm, amma şiddət dəhşətlidir və heç nə buna əsas vermir. Bəxtiyarın ciddi psixoloji problemləri var. Əsəbləşəndə təkcə qışqırmaqla dayanmırdı. Saçımdan tutub məni döşəmədə sürükləyirdi, qollarımı büküb, qulağıma bağırardı".

Fərqanə hesab edir ki, keçmiş ərinin psixoloji vəziyyətinin səbəblərindən biri onun valideynləri olub. Onlar daim cütlüyün həyatına müdaxilə edib, qaynanası isə oğlunu həyat yoldaşına qısqanıb.

B.Əliyevlə yaşamaq mümkünsüz olduqda, Fərqanə dözməyib, əşyalarını toplayaraq Novosibirskə - valideynlərinin yanına gedib.

"Evləndikdən yarım il sonra Bahh Tee özünün leyblini (istedadlı musiqiçilərin axtarışı, musiqi prodüsserliyi və albom buraxılışı ilə məşğul olan firma) açır. Hər şeyi bir yerdə düşünmüşdük. Adı mən tapdım, rəfiqəm Sabina ilə birlikdə qartal loqotipi hazırladıq. Mən məşhur artistləri tapırdım, yoldaşım isə onlarla hüquqi məsələləri həll edirdi..."

Fərqanə keçmiş ərinin sənədlər üzərində oynayaraq onu boşandıqdan sonra heç nəsiz qoyduğunu bildirir. Halbuki, evlilik  müddətində onlar Rusiya paytaxtında ev və maşın almışdılar. Artist öz mənzilin anası və bacısına hədiyyə edib.

"Moskvada qalan əşyalarım mənə zibil paketlərində yollandı. Ancaq o, bununla da kifayətlənmədi. Məni təhdid etdi, məsələn rəfiqəmə deyib ki, onun başı 300 min rubla (6800 AZN) dəyər".

Fərqanə keçmiş ərinin onun haqqında hər yerdə pis sözlər danışdığını deyib:

"Doğurdan da pul insanı dəyişirmiş, ancaq insan qəlbi dəyişməz olaraq qalır", - deyə gənc qadın təəssüf hissi ilə sözlərini yekunlaşdırıb.


Etiketlər:  Rusiyada yaşayan azərbaycanlı müğənninin keçmiş arvadı Məni döyüb saçımdan sürüyürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ