Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu tipdə infrastrukturun yaradılması Azərbaycan turizm məkanını daha cəlbedici edir"

Tarix: 25 Avqust 2020 13:36

Bu, biz turizmçilər üçün, turizm sənayesinin nümayəndələri üçün çox sevindirici bir xəbərdir.

Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi "Nərəkənd"ə xarici investorların cəlb olunmasına başlanılması ilə bağlı xəbəri şərh edərkən deyib.

O bildirib ki, bu cür infrastrukturların yaradılması Azərbaycan turizm məkanını daha cəlbedici edir:

"Bu tipdə infrastrukturun yaradılması və gələcəkdə də azad iqtisadi zonalarada yaradılması, əlbəttə ki, Azərbaycan turizm məkanını daha cəlbedici edir, onun rəqabət qabiliyyətliyini artırır, seçim imkanları və müxtəlif çeşidli turizm xidmətləri təklif olunan zaman əlavə xidmət sahələrinin daha şaxəli inkişafına şərait yaradır. Elə bu yaxınlarda cənab Prezident "Azərbaycan İnvestisiya Şirkəti"nin yaradılması ilə bağlı sərəncam imzaladı. Bu, çoxdan arzulanan məsələ idi ki, ümumiyyətlə, Azərbaycan Dünya Bankının müxtəlif göstəricilərinə görə çox müsbət istiqamətdə öz fəaliyyətini qurur.

"Doing business" inkeratrları üzrə islahatların aparılması, xarici investorların Azərbaycana gəlməsinə münbit şərait yaradır və xarici investor da bir ölkəyə sərmayə qoyan zaman, təbii ki, bu hesabatlar onun üçün bir yol xəritəsi rolunu oynayır. Bu baxımdan da düşünürəm ki, gələcəkdə də təşviq imkanlarının genişləndirilməsi, daha da dərinləşdirilməsi, müxtəlif təşviq fondlarının yaradılması da əlavə bir stimul yaradır ki, burada həm gənclərin cəlb olunması, iş yerlərinin açılması və təbii ki, Azərbaycan yeni bir turizm destonasiyası kimi yenə də dünya insanlarına sərgilənməsinə baxımından çox gözəl fürsət və imkandır". 

Ekspert qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə çox gözəl nümunə sərgilədi:

"Hamımız hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əgər biz gözləsək ki, pandemiya bitəcək və biz fəaliyyətlərimizi quracayıq, belə olmaz. Təşəbbüsləri əldən vermək lazım deyil. Mövcud olan əlaqələri ən azı virtual aləmdə də olsa davam etdirməliyik və bir çağırışlar etməliyik. Azərbaycan pandemiyaya qarşı mübarizədə çox gözəl nümunə sərgilədi. İş görən adamı həmişə tənqid edirlər, amma hər bir halda insan faktoru varsa, təhlükəsizlik məsələsi varsa, biz də bunun mərhələli yumşalmasının tərəfdarıyıq. Bu nümunə bir daha onu sərgiləyir ki, pandemiya bitəndən sonra Azərbaycan necə ki, sakitlik və sabitlik adası kimi ad qazanıb, təhlükəsiz, sağlam bir cəmiyyət, məkan kimi də özünü doğruldacaqdır. Təbii ki, bu fəaliyyətlər paralel aparılmalıdır. Dövlət özəl sektorla əməkdaşlığı genişləndirməlidir. İnvestisiyanın təşviq olunması daha da genişləndirilməli və bütün vektorlar üzrə dövlətin apardığı anti-inhisar fəaliyyəti inkişaf etdirilməlidir. Burada da əsas məsələlərdən biri gəcləşməyə yönəlik fəaliyyətdir, yeni startaplar və onların həmin məkanlarda tətbiq olunmasıdır. Yenə də əlavə xidmətlərin və turizmin bütün növləri üzrə çoxşaxəli fəaliyyəti stimullaşdıracaq". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Bu tipdə infrastrukturun yaradılması Azərbaycan turizm məkanını daha cəlbedici edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ