Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 15:22
PSJ-nin Fransa çempionatının 2-ci turunda "Lens"ə qarşı keçirəcəyi oyun da təxirə salınıb.
Qol.az Fransa Peşəlar Futbol Liqasının saytına istinadən xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən, "Lens" və yayımçı telekanalla razılaşdırıldıqdan sonra qəbul edilib. Çempionlar Liqasının finalında ötən bazar "Bavariya"ya 0:1 hesabı ilə uduzaraq kuboku əldən verən Paris təmsilçisinin yeni mövsümə hazırlaşa bilməsi üçün bu addım atılıb. Bundan əvvəl avqustun 30-da keçirilməsi planlaşdırılan görüşün sentyabrın 10-da oynanılacağı bildirilib.
Qeyd edək ki, PSJ-nin Fransa liqasının ilk turunda "Metz"lə görüşü də sentyabr ayına təxirə salınıb.