Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 17:54
PSJ-nin Fransa çempionatının 2-ci turunda "Lens"ə qarşı keçirəcəyi oyun da təxirə salınıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən, "Lens" və yayımçı telekanalla razılaşdırıldıqdan sonra qəbul edilib. Çempionlar Liqasının finalında ötən bazar "Bavariya"ya 0:1 hesabı ilə uduzaraq kuboku əldən verən Paris təmsilçisinin yeni mövsümə hazırlaşa bilməsi üçün bu addım atılıb. Bundan əvvəl avqustun 30-da keçirilməsi planlaşdırılan görüşün sentyabrın 10-da oynanılacağı bildirilib.
Qeyd edək ki, PSJ-nin Fransa liqasının ilk turunda "Metz"lə görüşü də sentyabr ayına təxirə salınıb.