Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya avtomobil icarəsi ilə məşğul olan şirkətlərə necə təsir edib?

Pandemiya avtomobil icarəsi ilə məşğul olan şirkətlərə necə təsir edib?

Tarix: 25 Avqust 2020 18:00

Azərbaycanda avtomobil icarə edənlərin sayında xeyli azalma var.

Sonxeber.net bildirir ki, bunu Trend-ə avtomobil icarəsi ilə məşğul olan "Karavan rent a car" adlı şirkətin baş meneceri Emin Cənnətov bildirib.

Onun sözlərinə görə, pandemiya sahibkarların bu sahəsindən də yan keçməyib:

"Məlum olduğu kimi, hazırda ölkəmiz pandemiya şəraitində yaşayır və bu səbəbdən ölkəyə giriş-çıxışda bəzi məhudidiyyətlər var. Qadağalar tətbiq edildiyindən ölkəyə turistlərin gəlişində də azalma var, elə bu səbəbdən də, avtomobil icarəsi ilə məşğul olan şirkətlərin fəaliyyətində durğunluq yaranıb. Belə ki, Azərbaycdan avtomobil icarəsinə müraciət edənlərin əksəriyyəti ölkəyə gələn tursitlər idi ki, bu günlərdə turistlərin olmaması bu sahədə geriləməyə səbəb olub".

E. Cənnətov qeyd edib ki, turistlərlə yanaşı yerli sakinlər də avtomobil icarəsinə müraciət edirlər:

"Hazırda avqust ayıdır və istirahətin ən pik sezonudur. Belə zamanlarda yerli vətəndaşlar, daha çox Bakı sakinləri avtomobil icarə edib rayonlara üz tuturdular, ancaq bu istiqamətdə də məhududiyyət var. Bu da öz növbəsində işimizdə çətinlik yaradır. Hazırda müraicət edənlər uzun zamandır işlədiyimiz şəxslərdir və elə şirkətlər var ki, sırf işçilərinin daşınması üçün müraciət edirlər. Ötən ilə ilə müqayisədə avtomobil icarəsinin fəaliyyəti 80 faiz dayanıb".


Etiketlər:  Pandemiya avtomobil icarəsi ilə məşğul olan şirkətlərə necə təsir edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ