Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

Tarix: 26 Iyun 2019 07:20

Bakı. Trend.

Meksikada Tamaulipas ştatının Reynosa şəhərində güclü fırtına qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 2 nəfər həlak olub, şəhərin 57 rayonuna ziyan dəyib.

Məlumata əsasən, iki nəfərdən biri suda boğulub, digəri isə avtomobildən çıxarıla bilmədiyi üçün onu su axını aparıb.

Bir anda yağıntıların səviyyəsi orta hesabla 10,5 santimetr təşki edib, küçələri, yaşayış evlərini su basıb, bir neçə xəstəxanaya ziyan dəyib.

Şəhər hakimiyyəti zərərçəkənlər üçün bir neçə sığınacaq açıb, orada onlarla insan müvəqqəti sığınacaq tapıb.


Etiketlər:  Meksikada güclü fırtına olub 2 nəfər həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ