Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 18:51
Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və onun fəaliyyəti bu bölgədəki üçüncü ölkələrə qarşı yönəlməyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə bildirib.
Rusiyanın müdafiə naziri bildirib: "Fəaliyyətimiz heç vaxt qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib və indi də yönəldilmir. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil".
S.Şoyqu deyib ki, Rusiya və Azərbaycan koronavirus pandemiyası səbəbindən azalan əvvəlki əməkdaşlıq tempinə bu il və ya qarşıdakı il qayıdacaq.
O, qeyd edib ki, koronavirus xəstəliyinə baxmayaraq, azərbaycanlı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq inkişaf edir.