Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 22:48
iOS üçün WordPress tətbiqi yenilənmə ala bilmir. Tətbiq artıq Apple ilə problem yaşayanlar siyahısına daxil olmaq üzrədir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət bir müddətdir Fortnite ve Epic Games Store ilə də razılığa gələ bilmir. Wordpress rəhbəri isə Tvitterdəki paylaşımında Apple-a hər hansı komissiyanı ödəmədiyi təqdirdə tətbiqin yenilənmə ala bilməyəcəyini açıqlayıb. Tətbiq yaradıcısı həmçinin fəaliyyət göstərdiyi müddət ərzində Apple-ın qaydalarına mütləq şəkildə riayət etdiyini söyləyib.
Paylaşımdan sonra Apple rəsmiləri Wordpress-in ödənişi qəbul etdiyini açıqlayıblar. Bununla Wordpress də Apple-ın maliyyəsini təmin edən şirkətlər sırasına daxil olub.