Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 09:30
Bakı. Samir Əli - Trend:
Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb. Trend-in məlumatına görə, hadisə avqustun 21-də Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.
Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.