Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 10:16
"Atletiko" iki futbolçusu ilə yayda yolları ayırmağı hazırlaşır.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu Filipe Luis və Dieqo Qodinlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür.
Bildirilir ki, "Atletiko"nun siyasətinə əsasən, klub yaşı 30-dan yuxarı olan futbolçularla müqavilənin müddətini maksimum 1 il uzada bilər. Hazırda 33 yaşı olan hər iki oyunçu bu mövsümün sonu azad agent olacaq.