Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 10:44
Bakı. Trend:
Qazaxıstanda immun-bioloji preparatların istehsalı üzrə əczaçılıq zavodunun tikintisi davam edir.
Bu barədə Trend-ə ölkənin Təhsil və Elm Nazirliyi yanında Bioloji Təhlükəsizlik Problemləri Elmi-Tədqiqat İnstitutundan bildiriblər.
Zavodun tikintisi bu ilin iyununda başlayıb. Zavodun immun-bioloji preparatların, o cümlədən koronavirus vaksinin istehsal etməsi planlaşdırılır. Hazırda yerli koronavirus vaksini ÜST siyahısına daxil edilib və ilkin kliniki sınaqlardan keçir.
Zavodun tikintisinin 2020-ci ilin dekabrınadək başa çatması gözlənilir.