Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 11:58
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Moldova "Şerif"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
"Şerif" artıq üçüncü dəfərdir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.
Bugünkü oyunun qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcək. Məğlub olan tərəf isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.
Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.
26 avqust
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
20:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu