Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 12:44
Millimizin üzvü, Almaniya ikinci bundesliqa təmsilçisi “Aue”nin oyunçusu Dmitri Nazarov yığmamızın UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.
Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bunu "Sueddeutsche" nəşrinə açıqlamasında deyib.
O, buna səbəb kimi, koronavirus pandemiyasından çəkindiyini göstərib: “Dəvət aldım, amma getmirəm. Koronavirusa yoluxmalar çoxdur. İnsan təhlükəsizliyi ilk sırada gəlir. Bu səbəbdən millinin məşqçisi ilə qərara aldıq ki, bu dəfə evdə qalım. İndiki durumda Azərbaycana yollanmaq risklidir. Üstəlik, uçuşlarla bağlı da çətinliklər var”.
Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.