Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayıbdır, sizlərə yaraşdırmadım'' - Xalq artistindən tənqidlərə cavab

''Ayıbdır, sizlərə yaraşdırmadım'' - Xalq artistindən tənqidlərə cavab

Tarix: 26 Avqust 2020 20:00

Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə fərqli obrazda makiyaj və saç düzümü etdirib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. G.Məmmədovanın makiyajını izləyicilər tənqid ediblər.

İfaçı ünvanına sərt sözlər yazan sosial şəbəkə istifadəçilərini cavabsız qoymayıb.

"Ayıbdır, sizə yaraşdırmadım. Burada "şpaklyovka" var? Sizə bu sözləri kim yazdırır? Bütün makiyaj çəkilişləri belə olur. Sənətkarı sevən onu hər halı ilə sevər, dəstək olar. Sizin davanız bəzənənlə deyil, bəzəyənlədir. Nahaq edirsiz, günahdır. Yazdıqlarınıza diqqət edin" deyə, G.Məmmədova tənqidlərə münasibət bildirib.


Etiketlər:  Ayıbdır sizlərə yaraşdırmadım Xalq artistindən tənqidlərə cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ