Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O, Azərbaycanın ən yaxşı futbolçusudur'' - ''Şerif''in baş məşqçisi

''O, Azərbaycanın ən yaxşı futbolçusudur'' - ''Şerif''in baş məşqçisi

Tarix: 26 Avqust 2020 22:48

"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

Qol.az xəbər verir ki, bu sözləri Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis "Qarabağ"ın güclü futbolçularının olduğunu söyləyib: "İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi".

Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib: "Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram".

Baş məşqçi qırmızı vərəqə alan futbolçu Anatol Abanqa cəza verib-verməyəcəyi barədə hələ düşünmədiyini vurğulayıb.

"Şerif"in çalışdırıcısı bundan əvvəlki mətbuat konfransında olduğu kimi bu dəfə də Ağdam klubunun oyunçusu Qara Qarayevi fərqləndirib: "Meydanın mərkəzində çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur".

 


Etiketlər:  Azərbaycanın yaxşı futbolçusudur Şerifin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ