Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 07:28
Bakı. Trend:
Livan Ali Müdafiə Şurası koronavirusla mübarizə üçün tətbiü edilən ümumi mülki səfərbərlik rejimini 31 dekabr tarixinə qədər uzatmaq qərarına gəlib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şuranın baş katibi briqada generalı Mahmud əl-Əsmar Baabda Sarayındakı mətbuat konfransında bəyan edib.
"Respublika Prezidenti Mişel Aunun təklifi ilə yoluxmuş insanların sayının davamlı artması nəzərə alınmaqla ümumi mülki səfərbərlik rejiminin müddəti avqustun 31-dən dekabrın 31-dək daha dörd ay uzadıldı", - general deyib. Onun sözlərinə görə, Prezident Aunun təklifi bütün güc strukturlarının rəhbərləri və iclasda iştirak edən kabinet üzvləri tərəfindən dəstəklənib.
Statistikaya görə, fevral ayının sonundan etibarən Livanda 14 288 xəstədə koronavirus infeksiyası qeydə alınıb, 3 955 xəstə saöalıb və ölənlərin sayı 139-a çatıb.