Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 11:54
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə iki yeni legioner dəvət edilib.
Bunlar Türkiyə "Başakşehir"ində çıxış edən Mert Çelik və "Alanyaspor"un oyunçusu Mustafa Yıldırımdır.
Mert Çelik ilk dəfə U-21-ə gələcək, Yıldırım isə daha əvvəl U-19-da oynayıb.
Milliyə dəvət olunmuş daha bir legioner Emre Kaplandır. Əvvəllər də U-21-ə çağırılmış Kaplan Çelikin "Başakşehir"də komanda yoldaşıdır. Bu klub 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq (Report).