Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 16:06
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq və mədəniyyətlərarası təşəbbüsləri qlobal inkişafa əhəmiyyətli təsir göstərib və parlaq nəticələr verib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü İvo Yosipoviç deyib.
O bildirib: "Birinci vitse-prezident Mehriban Əliyeva güclü şəxsiyyətdir və Şərqlə Qərbi birləşdirən müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən intellektual insandır. Mehriban Əliyeva bir çox diplomat və analitiklər üçün mümkünsüz görünən missiyanı həyata keçirməyə müvəffəq olub - dünyanın bir çox guşələrində mövcud olan mühüm humanitar problemlərin həlli üçün Şərqlə Qərbi birləşdirib".
İ.Yosipoviç qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman humanitar məsələlərə xüsusi diqqət ayırır:
"Mehriban Əliyevanın humanitar sahədə samballı töhfəsinə görə 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri təyin edilməsi bu töhfənin önəmini göstərir. Xüsusilə də, Mehriban Əliyevanın beynəlxalq və mədəniyyətlərarası təşəbbüsləri qlobal inkişafa əhəmiyyətli təsir göstərib və parlaq nəticələr verib."
Sabiq prezident əlavə edib ki, Mehriban Əliyevanın fəaliyyəti qadınların ictimai həyatın müxtəlif sahələrində uğur qazana biləcəyinə ən yaxşı nümunədir:
"Qadınların irəli çəkilməsində və kişilərlə bərabərliyinin təmin olunmasında Azərbaycan vacib rol oynayır və qadınların ictimai fəallığının İslama zidd olmadığını nümayiş etdirir. Cağdaş cəmiyyətin, eləcə də sənaye və İKT-dən başlayaraq mədəniyyət və təhsilədək bütün sahələrin inkişafını qadınların töhfəsi olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycana səfərlərim zamanı mənim qadınların ictimai həyatda, bütün sahələrdə artan iştirakını görmək imkanım olub. Mehriban Əliyeva qadınların irəli çəkilməsini və hüquq bərabərliyini dəstəkləyir. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti qadınların siyasət, mədəniyyət, elm sahələrində uğur qazana, milli və beynəlxalq səviyyələrdə yüksək vəzifələr tuta biləcəyinin uğurlu nümunəsidir".