Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 13:04
"Beşiktaş"ın futbolçusu Rikardo Quarejma gələcəyi ilə bağlı qərarını verib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, dünən klub rəhbərliyi ilə görüşən portuqaliyalı hücumçu komandanın iyulun 8-i başlayacaq təlim-məşq toplanışına qatılmaq istədiyini bildirib. İstanbul təmsilçisində qalmaq istəyən Quarejmanı yeni baş məşqçi Abdullah Avcının komandada görməyi düşünmədiyi vurğulanıb. Ancaq buna baxmayaraq, 35 yaşlı oyunçunun toplanış zamanı A.Avcıya özünü yaxşı tərəfdən göstərməyə çalışacağı bildirilib.
Türk mütəxəssisin Quarejmanın toplanışda çıxışından asılı olaraq, yekun qərarını verəcəyi iddia olunub.