Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 13:36
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az Albaniya mətbuatına istinadən xəbər verir ki, son ölkə çempionu yerli "Kastrioti" klubundan Julian Şehunun keçidini həll edib. Ancaq 20 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin detalları barədə hələlik məlumat verilmir. Klubun yaxın saatlarda bu transferi rəsmən açıqlayacağı gözlənilir.
Albaniyanın gənclər millisinin də formasını geyinən Şehu ötən mövsüm "Kastrioti"nin heətində 31 oyun keçirib və 4 qol vurub. Onun transfer qiyməti 125 min avrodur.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda keçiriləcək.