Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılıb

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün  icazənin verildiyi hallar artırılıb

Tarix: 27 Avqust 2020 20:40

Nazirlər Kabineti "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Sonxeber.net-ın məlumatına görə, dəyişiklik "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket"lə bağlıdır.

Beləliklə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılır. Bu sıraya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil aldığı hallar da daxil edilir.


Etiketlər:  Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ