Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Premyer Liqasında yeni limit - ''8+17''

Rusiya Premyer Liqasında yeni limit - ''8+17''

Tarix: 26 Iyun 2019 14:40

Rusiya Premyer Liqasında legioner limiti ilə bağlı dəyişiklik təsdiqlənib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə qərar Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Yeni qaydaya əsasən, 2020-2021 mövsümündən etibarən limit "8+17" olacaq. Yəni, klublar 25 nəfərlik sifariş ərizəsində maksimum 8 əcnəbi oyunçunun adını qeyd edə bilərlər. Meydana çıxan legionerlərə isə heç bir məhdudiyyət qoyulmayacaq. Onların 8-i də eyni anda meydançada ola biləcəklər.

Qeyd edək ki, 2019-2020 mövsümündə isə limit əvvəlki illərdə olduğu kimi qalacaq - "6+5". Yəni, eyni vaxtda meydana yalnız 6 legioner futbolçu çıxa biləcək.

 


Etiketlər:  Rusiya Premyer Liqasında yeni limit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ