Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 10:25
Son 20 gün ərzində üç toydan imtina etmişəm.
Bu sözləri Xalq artisti Faiq Ağayev news24.az-a açıqlamasında deyib. O bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir:
"Dedilər ki, "hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin". Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim".
Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.