Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 12:06
1992-ci ilin avqustun 28-də erməni terrorçu-quldur birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən amansız Ballıqaya qətliamından 28 il ötür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, şahidlər qətliam barədə AzTV-ə dəhşətli faktlar açıqlayıblar.
Şahidlər bildirib ki, erməni qatilləri Ballıqayada dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər törədiblər, qətlə yetirdikləri insanların meyitlərini yandıraraq külə döndəriblər.
Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində törədilib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.