Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Türkiyəyə qaz ixracına görə liderlik edir

Azərbaycan Türkiyəyə qaz ixracına görə liderlik edir

Tarix: 28 Avqust 2020 18:16

2020-ci ilin ilk yarısında Türkiyəyə qaz ixrac edən ölkələr arasında Azərbaycan liderlik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabat dövründə Türkiyə Azərbaycandan 5,444 milyard kubmetr qaz idxal edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,4 faiz artıb. Müsbət dinamikaya Trans-Anadolu qaz kəməri ilə nəql də öz təsirini göstərib.

2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə qaz ixracı 41,5 faiz azalaraq 4,678 milyard kubmetr təşkil edib.

Türkiyə eyni zamanda İrandan qaz idxalını azaldıb. Bu ilin ilk 6 ayı ərzində İrandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz azalaraq 2,029 milyard kubmetr təşkil edib.

Milli.Az


Etiketlər:  Azərbaycan Türkiyəyə qaz ixracına görə liderlik edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ