Tarix: 28 Avqust 2020 18:44
Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Avropa Liqasının oyununu idarə edib.
Qol.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsinin "Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçında iştirak ediblər. Qonaq komandannın 2:1 hesabı ilə qalib gəldiyi matçda Cabbarov "Ordabasi"nin 2, "Botaşani"nin 5 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan başqa, o, 12-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin Qazaxıstan təmsilçisi bu şansdan istifadə edə bilməyib.
Qeyd edək ki, Cabbarova yan xətt hakimləri Pərvin Talıbovla Elşad Abdullayev kömək edib. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.