Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İldə üç dəfə əkilib məhsul götürülən bitki - Vətəni Cənubi Amerika olsa da, Tovuzda da yetişir - VİDEO - FOTO

İldə üç dəfə əkilib məhsul götürülən bitki - Vətəni Cənubi Amerika olsa da, Tovuzda da yetişir - VİDEO - FOTO

Tarix: 28 Avqust 2020 22:18

Tovuzun Hunanlar kəndində el arasında "qabaq" adlanan bitkinin yığımına başlanıb. Bu, nadir bitkilərdəndir ki, il ərzində üç dəfə əkilir və məhsul götürülür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qabaq Tovuz rayonunda yalnız Hunanlar kəndində əkilir. Bu bitki susevər olduğundan Kür çayı ətrafında, su hövzələrinə yaxın torpaq sahələrində becərilir.

Yazda, erkən yayda və yayın sonlarında toxumu torpağa səpilən bu bitkidən 45-50 gün sonra məhsul götürülür. Xarici görünüşünə görə tərəvəzlərdən badımcana bənzəsə də, onu el arasında "kabak", "kabakçi" də adlandırırlar.

Bir neçə ildir təsərrüfatın bu sahəsi ilə məşğul olan Hunanlar kənd sakini Rasim Abdullayev deyir ki, qabaq az tanındığından alıcıları da azdır. Amma məhsuldarlığı yüksəkdir. "Yaz ayından başlayaraq mərhələli şəkildə əkirik. Düzdür, bu tərəvəzi tanıyanlar az olduğuna görə, elə də çox satılmır. Tələbat olarsa, daha çox becərərdik", - deyə R.Abdullayev əlavə edib.

Qabağın toxumu Hollandiyadan gətirilib. Bir qutu qabaq toxumunun qiyməti isə 70 manatadır.

Hazırda qabağın bir kiloqramının qiymətinin 25-30 qəpikdir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutundan bildiriblər ki, qabaqçiçəklilər fəsiləsinə aid olan göy qabaq (qabaqcıq) ölkəmizdə bir sıra rayonlarda becərilir. Vətəni Cənubi Amerika hesab edilir. Tərkibinə görə qida əhəmiyyəti olduqca böyükdür. Tərkibində çox miqdarda su və az şəkər olduğu üçün yüksək müalicəvi xüsusiyyətə malikdir. Göy qabaq əsasən qızardılmış, qiymələnmiş halda qida kimi işlədilir. Tərkibində kalium çox olduğundan ürək və böyrək xəstəliklərindən yaranan şişkinliklərdə (ödəmlərdə) ondan istifadə etmək məsləhət görülür. Çünki göy qabaq orqanizmdən artıq suyun çıxarılmasına kömək edir. Göy qabaq çiçəklərindən yaraların sağalması üçün istifadə olunur.

Göy qabaq isə qabağın kal formalı növüdür. Ağımtıl-yaşıl rəngdə, nazik qabıqlı və silindr şəklində olan bu qabaq kal (7-10 günlük) dərilir. Ondan qızardılmış, qiymələnmiş formada qidada, həmçinin göy qabaq kürüsü hazırlamaq üçün istifadə edilir.


Etiketlər:  İldə üç dəfə əkilib məhsul götürülən bitki Vətəni Cənubi Amerika olsa Tovuzda yetişir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ