Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 23:44
"Monako" heyətinə yeni futbolçu qatıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Atletiko Madrid"in müdafiəçisi Enrike Kayonu transfer edib.
Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Monako" bu transfer üçün 8 milyon avrosundan keçib.
Qeyd edək ki, "Santos"un yetirməsi olsa da, peşəkar karyerasına "Atletiko"da başlayan Kayo, son illərdə icarə əsasında "Parana", "Fluminense" və "Gremio"da icarədə oynayıb.