Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dəmir yolları ilə Avropa ölkələrinə konteyner yükdaşımaları artır

Azərbaycan dəmir yolları ilə Avropa ölkələrinə konteyner yükdaşımaları artır

Tarix: 29 Avqust 2020 09:04

Bakı. Nərgiz İsmaylova - Trend:

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan dəmir yolları ilə Avropa ölkələrinə konteynerlə yük daşımalarının həcmi 6077 TEU təşkil etmişdir.

Bu barədə Trend-ə "ADY Container" MMC-nin mətbuat xidmətindən məlumat veril.

Məlumata görə, Avropa ölkələrinə konteyner yük daşımalarının həcmi 10 faiz artıb.

"Keçən ilin hesabat dövrü üçün bu rəqəm 5529 TEU təşkil edib. Lider ölkələr bunlardır: Gürcüstan, Türkiyə, İtaliya, Ukrayna, Belarusiya", - MMC-də qeyd edilib.

Xatırladaq ki, Azərbaycanda dəmir yollarının inşasına 1878-ci ildə başlanılıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolu istifadəyə verilib. O vaxtdan yük daşınmasına artan tələbi nəzərə alaraq Azərbaycanda dəmir yolları inkişaf edib və təkmilləşıb. Bu günə ölkədəki əsas yolların ümumi uzunluğu 2954,74 kilometr, istismar uzunluğu 2133,07 kilometrdir ki, onlardan 803,3 kilometri ikitərəfli, 1329,72 kilometri birpilləli yoldur. Yolların ümumi istismar uzunluğununda 1169.17 kilometri və ya 54.82 faizi elektrikləşdirilmiş, 964.9 kilometri və ya 45.18 faizi daxili yanma mühərrikli qatarlar istifadə olunur, 1527.7 kilometr yollar isə avtomatik siqnal sistemi ilə təchiz edilib.

Twitter: @IsmailovaNargis


Etiketlər:  Azərbaycan dəmir yolları ilə Avropa ölkələrinə konteyner yükdaşımaları artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ