Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəsi 30 dəfə pozub

Ermənistan snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəsi 30 dəfə pozub

Tarix: 29 Avqust 2020 09:56

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Ermənistan snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəsi 30 dəfə pozub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ