Tarix: 29 Avqust 2020 12:50
PSJ-nin sabiq futbolçusu Edinson Kavani “Yuventus”a keçməkdən imtina edib. Qol.az “Sky Sport” xəbər verir ki, Turin təmsilçisi 33 yaşlı hücumçuya transfer təklifi göndərsə də, o, bunu qəbul etməyib. Buna səbəb isə uruqvaylı oyunçunun 2010/13-cü illərdə çıxış etdiyi İtaliyanın digər bir klubu “Napoli”yə bağlı olmasıdır. Onun "Yuventus"a keçməklə “Napoli” azarkeşlərinin sevgisini itirmək istəmədiyi bildirilib.
Xatırladaq ki, E.Kavani bu ilin iyun ayında PSJ ilə başa çatan müqaviləsini yeniləməyərək komandadan ayrılıb.
Qeyd edək ki, E.Kovani “Napoli” forması ilə 138 matça çıxaraq, 104 qol vurmağı bacarıb.