Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 18:00
Maksimiliano Byankukki əmisi oğlu olan "Barselona"nın kapitanı Lionel Messi haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun özünə xoşbəxt olacağı klub tapmalı olduğunu deyib:
"Barselona"da xoşbəxt olsaydı, orada qalardı. Artıq orada özünü yaxşı hiss etmir və yeni bir klub tapmaq istəyir. Bu onun haqqıdır. Messini yaxşı oynayan komandada görmək istəyərdim. Seçimlərdən ən yaxşısı "Mançester Siti" olacaq. Digər variant PSJ-dir, amma gözləməliyik. Hara getməsindən asılı olmayaraq, Messi xoşbəxt olacaq".