Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 18:12
2020-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon ABŞ dolları dəyərində reallaşdırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"ında qeyd olunur.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon ABŞ dolları və ya 8,6 faiz azalıb.
Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz, İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.