Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' - ''Qalatasaray'' cütünün potensial rəqibi bilindi - YENİLƏNIB

''Neftçi'' - ''Qalatasaray'' cütünün potensial rəqibi bilindi - YENİLƏNIB

Tarix: 1 Sentyabr 2020 15:20

15:14

"Neftçi" - "Qalatasaray" cütünün rəqibi "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi olacaq.

----------

12:29

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək.

"Ağ-qaralar" 2-ci mərhələdəki rəqibi "Qalatasaray"ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, püşkdə güclü komandaların yer aldığı səpələnmişlər sırasında olacaq. Bu, İstanbul klubunun yüksək reytinqinə görədir.

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri

"Sonderyuske"dir (Danimarka)

B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi

"Olimpiya" (Sloveniya)/"Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

"Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.


Etiketlər:  Neftçi Qalatasaray cütünün potensial rəqibi bilindi YENİLƏNIB


RƏYLƏR