Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Modern.az-ın fəaliyyətə başlamasından 11 il ötür

Modern.az-ın fəaliyyətə başlamasından 11 il ötür

Tarix: 1 Sentyabr 2020 16:51

Bakı. Trend:

Bu gün 1 sentyabr Modern.az Xəbər Agentliyinin yaranma günüdür.

Trend-in, 2009-cu ildən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan "Modern.az" ötən 11 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliyi olan Modern.az Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Hazırda "Modern.az" Xəbər Agentliyi yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.

Trend Beynəlxalq İnformasiya Agentliyinin kollektivi də öz növbəsində həmkarlarını təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edir.


Etiketlər:  Modernaz ın fəaliyyətə başlamasından 11 il ötür


RƏYLƏR