Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 13:22
UEFA Millətlər Liqasının 2-ci turunda sentyabrın 8-i evdə Azərbaycanla qarşılaşacaq Kipr millisinin futbolçusu Pieros Sotiryu zədələnib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Astana"nın hücumçusu zədə səbəbindən hazırlıq prosesinin bir hissəsini qaçırıb. Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin Monteneqroo və Azərbaycanla matçları buraxacağı dəqiqləşib.