Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sebalyos ''Arsenal''da qaldı

Sebalyos ''Arsenal''da qaldı

Tarix: 2 Sentyabr 2020 16:26

Müqavilə ilə "Real"a məxsus olan Daniel Sebalyos növbəti mövsüm də icarə əsasında "Arsenal"da çıxış edəcək.

Qol.az  goal.com-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin icarə müddəti 2020/2021 mövsümünün sonuna kimi artırılıb.

Ötən ildən icarə əsasında London klubunda forma geyinən ispaniyalı oyunçu baş məşqçi Mikel Artetanın etimadını doğruldub. Lakin “Arsenal”ın futbolçunu birdəfəlik transfer etmək niyyətində olmadığı bildirilib.

Qeyd edək ki, D.Sebalyos ötən mövsüm  London təmsilçisində 37 matçda 2 qol vurub və  eyni sayda qolun ötürməsini verib.

 


Etiketlər:  Sebalyos Arsenalda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ