Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 17:10
"Bavariya" "Barselona"da icarəyə götürdüyünü Filippe Koutinyo ilə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi braziliyalı hücumameyilli yarımmüdafiəçini birdəfəlik almaq hüququndan istifadə etməyib. Beləliklə, o, müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.
Qeyd edək ki, Koutinyo ötən mövsümün əvvəlindən "Bavariya"da icarə əsasında çıxış edirdi.