Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2025 14:28
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Sonxeber.net-a verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.