Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana etimad, yoxsa bəxt? - 7 OYUNLUQ SERİYA

Azərbaycana etimad, yoxsa bəxt? - 7 OYUNLUQ SERİYA

Tarix: 2 Sentyabr 2020 17:28

COVİD-19 epidemiyasının futbolda yaratdığı məhdudiyyətlər ondan həzz almaq üçün mane olmur. Xüsusən də əgər ölkənin klubu Avropanın nüfuzlu turnirində iştirakın bir addımlığındadırsa.

Bu il Azərbaycanın Avropanın nüfuzlu futbol turnirlərində iştirak hüququ qazanan 4 komandasından ikisi qrup həyəcanı yaşamağın bir addımlığındadır desək yanılmarıq. Bir oyunluq sistem çərçivəsində UEFA-nın püşkatmasına əsasən hər dörd klubumuz bütün oyunlarını doğma meydanda keçirməli oldular. Bu amil azarkeşsiz meydançalarda keçirilən futbola elə bir böyük təsir gücünə malik olmasa da, yol yorğunluğu klubları düşündürən əsas məsələ kimi bu gün də gündəmdədir.

Tanınmış futbol eksperti Elçin Cəfərov Sonxeber.net-a Azərbaycan klublarının bu mövsümlük püşklərini dəyərləndirib:

"Bir neçə ay bundan öncə gündəmdə var idi ki, püşkatmadan sonra təsnifat mərhələsinin qarşılaşmaları bir oyunluq sistemlə artıq müəyyənləşmişdi. Sadəcə olaraq həmin dönəmdə belə bir məsələ gündəmə gəldi ki, püşkatma zamanı düşən cütlüklərdə meydan sahiblərində ölkələrindəki epidemioloji vəziyyət, yoluxma sayı nəzərə alınır. Sonraki dövrdə bu məsələ ortadan qaldırıldı.

Püşkatma ölkədələrdəki mövcud epidemioloji vəziyyətə uyğun dəyərləndirilmir.

Normal qaydada püşkatma atılır. Qarşılaşmanın kimin meydanında keçiriləcəyi də püşkatma nəticəsində bəlli olur. Amma UEFA belə bir tələb qoyub ki, ev sahibi komanda qarşılaşmaya 3 gün öncəyə kimi davamlı şəkildə ölkədə pandemiyanın mövcud vəziyyəti ilə bağlı məlumatlandırmalıdır. Əgər vəziyyət 2-3 gün qalmış gərginləşərsə, onda o komandanın iştirakı dayandırılır və həmin komandaya texniki məğlubiyyət verilir.

Bizim komandalarımızın bəxti gətirdi. Şansımız dəhşətli dərəcədə gətirdi. Heç vaxt şansımız belə gətirmirdi. Yəni, matçın kimin meydanında keçirilməsi tamamilə püşkün nəticəsinə əsasən müəyyənləşdirilir. Püşklər bizim üzümüzə güldü. Ölkədə pandemiya ilə mübarizə məqsədilə aparılan işlər yüksək səviyyədə qiymətləndirilməlidir. Azərbaycan bu gün digər ölkələrə nümunə kimi göstərilir. Ölkədə pandemiya ilə tətbiq olunan karantin qaydaları son həftələr ərzində yoluxma sayında ciddi şəkildə azalma fonunda özünü göstərir. Bu da təbii ki, ölkənin apardığı uğurlu siyasət nəticəsində belə vəziyyətə gəlib çıxıb".

Xatırladaq ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsinə əsasən Azərbaycanın "Keşlə" klubu Albaniya "Laçi" klubunu qəbul edib. Penaltilər seriyasında Bakı təmsilçisi məğlub olub.

Avropanın ikinci dərəcəli futbol turnirində debüt edən Azərbaycanın digər təmsilçisi "Sumqayıt" da rəqibi "Şkendiya" klubu ilə (Şimali Makedoniya) vətəndə qarşılaşdı. Matç rəqibin 0:2 hesablı qələbəsi ilə başa çatdı.

Avropa Liqasındakı növbəti klubumuz "Neftçi" isə Bakıda ilk turda Şimali Makedoniyanın "Şkupi" klubu ilə üz-üzə gəlib. Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:1. Paytaxt təmsilçisi ikinci turda Türkiyə nəhəngi "Qalatasaray"ı da Bakıda qəbul edəcək.

Nəhayət, hər il bizə Avropa həyəcanı yaşadan "Qarabağ" isə ilk turda Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0. İkinci turda isə Ağdam təmsilçisinin paytaxtdakı növbəti rəqibi "Şerif" (Moldova) oldu - 2:1. "Qarabağ"ın III turdakı rəqibi də müəyyənləşib. Püşkatmanın nəticəsinə əsasən vətəndə "Qarabağ" bu dəfə Norveçin "Molde" klubunu qəbul edəcək.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycana etimad yoxsa bəxt OYUNLUQ SERİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ