Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 18:40
Müğənni Şəbnəm Tovuzlu iyunda üçüncü övladına hamilə olması xəbəri ilə gündəmə gəlmişdi.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, hər gün yeni fotolarını İnstaqram səhifəsində yayımlayan sənətçinin qarnının heç böyüməməsi diqqətdən qaçmayıb. Şəbnəmin yalandan gündəmə gəlmək üçün hamilə olduğu iddia edilib.
Əldə etdiyimiz məlumata görə isə müğənni övladını abort etdirib. Xəbəri Axşam.az-a təsdiqləyən Tovuzlu bildirib ki, buna səbəb arıqlamaq üçün atdığı dərmanlar olub:
"Uşaq inkişafdan dayandı. Dördüncü həftəsində tələf etdik. Qismət, alınmadı. İçdiyim arıqladıcı dərmanların təsiri oldu. İndi müalicə alıram. Hamilə qalmaq istəyən xanımlar bu cür dərmanlar içməsin.
Bu, ilk deyil. Bundan əvvəl də hamilə qalmışdım və uşaq tələf oldu. Onda da arıqladıcı dərmanlara görə idi. Son vaxtlar dərman içmirdim. Amma sən demə, neçə ay dərman içməsən də fərqi yoxdur. Gərək müalicə alıb qanından onu təmizlətdirəsən".
Qeyd edək ki, Şəbnəmin bir qız, bir oğlan övladı var.