Tarix: 2 Sentyabr 2020 19:08
“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kerem Aktürkoğlu ilə 4 illik müqavilə imzalanıb.
21 yaşlı hücumçu son olaraq 3-cü liqa təmsilçisi “Ərzincanspor”da çıxış edib. O, 33 oyuna 20 qol vuraraq komandasının 2-ci liqaya yüksəlməsində böyük rol oynayıb.
Xatırladaq ki, “Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibidr. İstanbul təmsilçisi “ağ-qaralar”la sentyabrın 17-də Bakıda qarşılaşacaq.